`Mars` korporasiyası şirkəti dünyanın 55 ölkəsindən məhsullarını geri çağırır

 “Snikers” şokoladının içərisindən qırmızı rəngdə plastikin tapılması və müştərilərdən birinin bu haqda şikayətinin ardınca  “Mars” korporasiya şirkəti  dünyanın 55 ölkəsindən  məhsullarını geri toplayır. 
Maide.az  Presstv-ə istinadən məlumat verir ki, “Mars” şirkəti  elan edib məhsulunda tapılan plastik  vasitəsi ilə kiminsə boğula biləcəyindən ehtiyatlandığı üçün məhsullarını geri çağırır.  
Məhsullar əsasən İngiltərə,  Fransa, Hollandiya, Almaniya və digər  qonşu ölkələrdəndir. Məhsulların toplanması  bu Amerika şirkətini 10 milyonlarla dollar ziyana salıb. 
Qeyd edək ki, bir müddət öncə  Almaniyada bir müştəri  Mars şirkətinin məhsulunda plastik tapdığına görə şikayət etmişdi. “Mars” şirkəti məsələni araşdırdıqdan sonra elan edib ki, tapılan plastik parçası Hollandiyadakı  zavodların birində  istehsal qurğusunun üzündən qoparaq məhsula qarışan plastikdir.
"Mars" və "Snickers"lə yanaşı, həmçinin "Milky Way Minis", "Milky Way Miniatures" şokoladları və "Celebrations" konfetləri çıxarılacaq. Onların etiketlərindəki istifadə müddəti 2016-cı il iyunun 19-dan 2017-ci il yanvarın 8-dək göstərilib. / 
 
 

Google+ WhatsApp ok.ru