`Marşurutlar metro girişlərində hərəkətlərini dayandıracaq və...`

Nəqliyyat nazirinin müavini təkrar marşurutlar barədə açıqlama verdi
“Şəhərin mərkəzindəki avtobusların çoxluğu sıxlıq yaradır. Ona görə də bir-birini təkrarlayan marşurutlar metro girişlərində öz hərəkətlərini dayandıracaq və əks istiqamətdə hərəkət edəcək”.
 
Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, vətəndaşlar daha çox yeni avtobuslardan istifadə edəcək. 
 
Avtobuslarda təmizlik halları ilə bağlı da danışan nazir müavini bu kimi halların qarşısını almaq üçün ciddi nəzarət tədbirləri görüldüyünü söyləyib. M.Pənahov əlavə edib ki, I Avropa Oyunları ilə bağlı hazırlıqlar yekunlaşmaq üzrədir: 
 
“Artıq bununla bağlı test işləri görülüb. Yollarda nişanların quraşdırılması, yolların xətlənməsi artıq yekunlaşıb. Həmçinin sürücülərin qonaqlara xidmət göstərməsi üçün texniki və nəzəri biliklərə yiyələniblər”.

Google+ WhatsApp ok.ru