Masallı rayonunda əhali etiraz aksiyası keçirib-Foto

Bu gün Masallı rayon, İskəndərli əhalisi etiraz aksiyası keçiriblər.

Cenubnews.com İnternet Qəzeti xəbər verir ki, oktyabrın 13-də Masallı rayonu, İskəndərli ərazisinin sakinləri İ.Zülalov adına orta məktəbin qarşısında etiraz aksiyası keçirdilər. Sözügedən ərazinin təxminən 70-ə yaxın sakinlərinin aksiya keçirməsinə məqsəd kanalizasiya və evlərə çəkilən su qovşaqlarından sonra yolların bərbad olmasıdır.

Narazı sakinlərin söylədikləri:"Dərdimizi kimə deyək? Bu işgəncə nə vaxtadək davam edəcək? Bu gün İskəndərlinin mərkəzi yolu istisna olmaqla heç bir küçəsində faktiki olaraq asfalt örtüyü yoxdur. Yağmurlu günlərdə göllənən yollar keçilməz olur, quraq vaxtlarda da toz dumanı ərşə qalxır.
Övladlarımız məktəbə gedib gələ bilmir. Evin önündən məktəbə qədər övladlarımız palçıq içində məktəbə gedirlər.Hər gün aldığımız geyimlər evə gələrkən palçıq olur.Ayda bir neçə dəfə ayaqqabı almaq məcburiyyətindəyik.Hər dəfə söz verirlər iki maşın çınqıl tökürlər vəssalam.Əgər yaxın günlərdə tələbimiz yerinə yetirilməsə prezident İlham Əliyevə müraciət edəcəyik."

Bir qədər keçməmiş kanalizasiya və su qovşaqlarına rəhbərlik edən şəxslər həmən əraziyə gəlir.Əvvəl onların içindən Xudayar Həsənov adlı numayəndə birinci oraya yığışan əhaliyə hədə qorxu gəlir.Yerli sakinlər etirazını bildirən zaman X. Həsənov onlara cavabında bildirir ki,"gedin prezidentə yazmırsız kimə yazırsız yazın.Təkcə siz deyilsiz hər yer belədir."Həsənovun bu sözləri əhali arasında etiraza səbəb olur.Narazı sakinlər bildirirlər ki, siz yəni o qədər də özünüzə güvənirsiz ki, prezidentə edilən müraciəti də saymırsız, prezidenti heç kim hesab edirsiz?Arada olan mübahisəni görən icra başçısının müavini Seymur Nuriyev sakinləri sakitləşdirərək bildirir ki,"narahat olmayın təkcə bu ərazi deyil rayonun Digah, Seybətin, Dadva və yeni salınan adsız yaşayış yerlərinin küçələridə belədir.Bizdə bu siyahı var."

Sonra narazı sakinlərdən iki ağsaqqal və əraziyə gələn X.Həsənov və icra başçısının müavini S.Nuriyev İskəndərlinin bərbad yolları ilə bir daha tanış olduqdan sonra qərara gəliblər ki, yaxın zamanda bu yollar düzəldiləcək.

Narazı əhali də bildirib ki, əgər iki gün ərzində düzəldilməsə biz yenə buraya toplaşıb öz etirazımızı bildirəcəyik.

Bir qədər keçməmiş əraziyə Masallının "meri" Kamal Mazanov gəlir.Sakinlər K.Mazanova da öz etirazlarını bildirirlər.Oda öz növbəsində bildirir ki, araşdırıb həll edəcəyik narahat olmayın. /

Google+ WhatsApp ok.ru