Masazırda həyəcan təbili

Masazırda həyəcan təbili

-- Problemin hava şəraiti ilə əlaqəli olduğu ehtimal edilir

Masazır Duz gölü daşır.
 
Maide.Az "Sputnik"-ə istinadən xəbər verir ki, Masazır — Novxanı yolu üzərində yerləşən gölün səviyyəsi qalxıb. 
 
Ərazi sakinlərinin sözlərinə görə, suyun səviyyəsinin qalxması bir neçə gündür ki, müşahidə edilir.
 
Problemin hava şəraiti ilə əlaqəli olduğu ehtimal edilir. Sakinlər hesab edirlər ki, gölün daşmasının qarşısı alınmasa, daha ciddi fəsadlar meydana çıxacaq.
 
Qeyd edək ki, artıq su yolu tamamilə basıb.
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru