Masazırın su təchizatı məhdudlaşdırılır 11 Sentyabr 2017 01:00 Ölkə Bu gün Masazır qəsəbəsində suyun verilməsində məhdudiyyət yaranacaq. “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni çəkilmiş 426 mm diametrli su xəttinin magistral kəmərə birləşdirilməsi ilə əlaqədar sentyabrın 11-də 24 saat müddətində Abşeron rayonunun Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir. / Teqlər : #Masazırın su təchizatı məhdudlaşdırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əhalisinin 5 faizi bir təhər dolanan ölkə Azərbaycanlı zəvvarlar sabahdan Bakıya qayıdacaq