Müasir dövrün ən böyük Quranları -FOTO

 

İndoneziyada Əkbər Quranı. 
Bu Quranın hər səhifəsini uzun zaman ərzində iki metr uzunluğu olan ağacdan hazırlanmış vərəq üzərində həkk ediblər. Bir vərəqin hər iki üzündə standart Quranın iki səhifəsi həkk olunub. Bütün vərəqlər 6 mərtəbəli, dəmir tikili üzərində quraşdırılıb.

 

Dünyanın ən böyük çap Quranı Tatarstanda, qoruq muzeyində saxlanılır. 

Bu Quran dünyanın ən böyük çap kitabı kimi  Ginnesinin rekordlar kitabına daxil olub. 
O, Kazanda ilk dəfə 2011-ci ildə  nümayiş olundu və ilk öncə Kül Şərif məscidində saxlanıldı. 
2012-ci ilin mayın 21-də isə Bulqar şəhərinə gətizdirildi və  "922-ci ildə bolqarların rəsmən islamı qəbul etmələrinin şərəfinə ucaldılmış abidə"nin mərkəzi zalının qoruq muzeyində saxlanılır. 

 

 

 

Bu Quran - Əfqanıstandan olan xəttatın 5 illik zəhmətinin bəhrəsidir. 
Onun ölçüləri - 2,28 m x 1.55 m. çəkisi isə - 500 kq-dır.
Təxmini qiyməti isə 1 milyon dollardır. 

 

2014-cü il 22 yanvar tarixində Hindistanın Rəcastan əyalətinin Mövlan Əbül Kəlam Azad adına Universitetin ərəb-fars tədqiqatçılarının təşkil etdiyi sərgidə təqdim olunan bu Quran - 14 nəfərlik kollektiv əməyinin nəticəsidir. 
 

Və nəhayət, dünyanın qızıldan hazırlanmış ən böyük Quranı Əlirza Bedhani tərəfindən düzəldilib. 
Quranın hər səhifəsinin bəzədilməsinə 14 qram təmiz qızıl sərf olunub. Cəmi 604 qram qızıl. Kitabın çəkisi 80 kq təşkil edir.//

 

Google+ WhatsApp ok.ru