Maştağa və Buzovnada içməli su təchizatında məhdudiyyət olacaq

Maştağa və Buzovnada içməli su təchizatında məhdudiyyət olacaq

Maştağa və Buzovna qəsəbələrinin içməli su təchizatında sabah məhdudiyyətlər olacaq.

Bu barədə Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, Xəzər rayonu Buzovna qəsəbəsi Təmənis yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar, avqustun 12-də gün ərzində Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. /

Google+ WhatsApp ok.ru