May ayından bu günə qədər qeydə alınan hadisələrin statistikası

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası may ayından bu günə qədər qeydə alınan hadisələrin statistikasını açıqlayıb
 
Stansiyadan verilən məlumata görə, həmin vaxt ərzində 32 nəfəri ilan sancıb. Bu şəxslərdən 31-i xəstəxanaya yerləşdirilib. Eyni zamanda bu müddət ərzində 60 nəfəri həşərat sancıb. Onlardan 37 nəfəri xəstəxanaya yerləşdirilib.
 
Digər hadisələrə gəlincə, bu ay ərzində 64 suda boğulma hadisəsi qeydə alınıb. Nəticədə 19 nəfər ölüb, 23 nəfər xəstəxanaya çatdırılıb. 26 günvurma hadisəsi qeydə alınıb. Onlardan 12-si xəstəxanaya yerləşdirilib.

Google+ WhatsApp ok.ru