Mayda da əfv olacaq və bu siyahıda islamçıların adını görə biləcəyik?

“May ayında yenidən əfvlə bağlı sərəncam verilə bilər və islamçılarında bu siyahıda yer alacağı gözlənilir”.
 
Bunu İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfərova Maide.Az saytına açıqlamasında bildirib.
 
Xanım Cəfərova əfv olacağını desə də, adları deməməyə üstünlük verdi:  "Böyük ehtimalla may ayında əfvlə bağlı sərəncam veriləcək. Bəli, islamçılarında bu siyahıda yer alacağı gözlənilir. Lakin kimin siyahıya daxil olmasını hələ deyə bilmərik. Sonda necə olacaq, nə vaxt olacaq, onu özünüz görəcəksiniz."
 
Qeyd edək ki, sonuncu əfv sərəncamı Novruz bayramı ilə əlaqədar imzalanıb. Həmin sərəncam 137 məhbusa şamil olunub. Onların arasında bir sıra siyasi məhbuslarda var idi.  /
 

Google+ WhatsApp ok.ru