Mayda deflyasiya qeydə alınıb

Mayda deflyasiya qeydə alınıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin may ayında Azərbaycanda istehlak qiymətləri aprellə müqayisədə 0,5% azalıb.
 
Bir ay ərzində ərzaq mallarının qiyməti orta hesabla 1,3% azalıb, əhaliyə pullu xidmətlərin qiymət və tarifləri isə stabil qalıb.
 
Mayda ət və ət məhsulları, qənnadı məmulatları 0,1%, çay, kofe və kakao 0,3%, spirtli içkilər 0,4%, meyvələr 1,7% bahalaşıb.
 
Eyni zamanda balıq və balıq məhsullarının (-2,3%), kərə və bitki yağlarının (- 0,1%), yumurtanın (- 6,4%) qiymətində ucuzlaşma qeydə alınıb.
 
DSK-nin hesablamasına görə, mayda qeyri-ərzaq mallarının qiymətləri orta hesabla 0,1% artıb. /contact.az 

Google+ WhatsApp ok.ru