Mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin bərpası Günü elan ediləcək 06 Oktyabr 2021 11:17 Xəbərlər Mayın 28-i Müstəqillik Günü elan ediləcək. Maide.Az-nın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb. Qanun layihəsinə əsasən, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan olunacaq. Eyni zamanda Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Qeyd edək ki, indiyə qədər mayın 28-i Respublika Günü, oktyabrın 18-i Dövlət Müstəqilliyi Günü kimi qeyd olunurdu. Teqlər : #Mayın 28i Müstəqillik Günü,#oktyabrın 18i Müstəqilliyin bərpası Günü , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rumıniya parlamenti hökumətə etimadsızlıq göstərdi İnterpol Suriya hökumətinə qoyduğu qadağanı ləğv etdi