Mübariz Qurbanlı 50 gündə hansı kadr dəyişiklikləri edib?

Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə gələndən bəri qurumda hansı kadr dəyişiklikləri edib?
 
“Media forum” saytı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytına istinadla bildirir ki, bu il iyulun 21-də sədr təyin ediləndən ötən 50 gün ərzində Mübariz Qurbanlı qurumda bu təyinatları gerçəkləşdirib:
 
Oqtay Nəsir oğlu Hüseynov - aparat rəhbəri;
 
Amil Rafiq oğlu Cavadov - sədrin köməkçisi; A.Cavadov daha öncə Yeni Azərbaycan Partiyasında (YAP) çalışıb.
 
Alim Əli oğlu Süleymanov - ümumi şöbənin müdiri; A.Süleymanov bundan əvvəl Dövlət İqtisad Universitetində müəllim işləyib.
 
Anar Kazımov - Bakı bölgəsi üzrə şöbənin müdiri;
 
Asif Nurəddin oğlu Əliyev - Qərb bölgəsi üzrə şöbənin müdiri;
 
Cavanşir Balamirzə oğlu Bəhramov - Aran bölgəsi üzrə şöbənin müdiri.
 
Anar Kazımov və Asif Əliyev əvvəllər komitədə işləyiblər. Digər şəxslər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın müsabiqəsindən keçən yeni kadrlardır. mediaforum/
 

Google+ WhatsApp ok.ru