Müdafiə Sənayesi Nazirliyindən Şirvandakı partlayışla bağlı AÇIQLAMA

Müdafiə Sənayesi Nazirliyindən Şirvandakı partlayışla bağlı AÇIQLAMA

Müdafiə Sənayesi Nazirliyi Şirvan şəhərindəki partlayışla bağlı məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən Maide.Az saytına verilən məlumata görə, hadisə iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan ”Araz”  zavodunda hadisə baş verib.
 
Baş vermiş hadisə ilə bağlı Müdafiə Sənayesi Nazirliyi tərəfindən rəsmi məlumat veriləcək.
 
"Xahiş edirik, hadisə ilə bağlı məlumat yayarkən MSN-in Mətbuat xidməti ilə əlaqə saxlanılsın",-deyə nazirlikdən bildirilib.
 
Şirvana tibbi briqada göndərilib 
 
Şirvan rayonunda baş vermiş hadisə ilə əlaqədar yerli səhiyyə müəssisələrinin səyləri səfərbər olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.  Əlavə olaraq hadisə yerinə Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən 2 həkim briqadası (travmatoloq, reanimatoloq və s.) göndərilib və 3 həkim briqadası hazırda göndərilməkdədir. Hadisə nəticəsində zərərçəkənlərə zəruri tibbi yardım göstərilir”, - nazirlikdən bildirilib

 

 

Google+ WhatsApp ok.ru