Metanol Zavodu fəaliyyətini dayandırıb

Azərbaycan Metanol Şirkətinə (AZMECO) məxsus olan və Qaradağ rayonunda yerləşən Metanol Zavodunun fəaliyyətini dayandırdığı bildirilir.
 
Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fuad Hətəmov "Marja"ya məlumatı təsdiqləyib.
 
O, qeyd edib ki, zavod, SOCAR tərəfindən qaz təchizatının dayandırması ilə əlaqədar olaraq fəaliyyətini müvəqqəti dayandırıb.
 
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı və Rusiyanın "Sberbank"ı metanol zavodunun maliyyələşdirilməsində iştirak ediblər. Zavod 450 milyon dollara tikilib.
 
AzMeCo şirkətinin Direktorlar Şurasının sədri Nizami Piriyevdir.
 
Metanol istehsalı üçün xammal kimi təbii qaz çıxış edir.  /

Google+ WhatsApp ok.ru