Metrodan istifadə edənlərə yeni xəbər... 11 Yanvar 2015 02:00 Ölkə “Bakı Metropoliteni” QSC 2015-ci il ərzində “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışını istismara verməyi planlaşdırır. Maide.az-ın məlumatına görə, bu barədə Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. N.Paşayev qeyd edib ki, stansiyanın əlavə çıxışının tikintisi üzrə əsas işlər, demək olar, başa çatıb: "Obyektin bu ilin sonunadək istismara verilməsi planlaşdırılır, lakin dəqiq tarix barədə danışmaq hələ tezdir". Onun sözlərinə görə, hazırda zəruri avadanlıqlar quraşdırılır, infrastruktur yaradılır, bütün lazımi sistemlər təşkil olunur. “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı Bakı Dövlət Universitetinin yaxınlığında yerləşir./ Teqlər : #Metrodan istifadə edənlərə yeni xəbər..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda bir qaçqına nə qədər vəsait xərclənir? 10 min `ordu`ya şad xəbər