Metrodan istifadə edənlər azalıb

Metrodan istifadə edənlər azalıb

Bakı metrosundan istifadə edənlərin sayı azalır.
 
Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, 2016-ci ilin yanvar-avqust ayında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında azalma müşahidə olunub.
 
Metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı 2,7 faiz azalaraq 140,3 milyon nəfərə çatıb. Azalmanın səbəbi, iqtisadi aktivliyin aşağı düşməsi və indiyədək Bakıda işçi qüvvəsi kimi fəaliyyət göstənən region sakinlərinin bir hissəsinin bölgələrə qayıtmasıdır.
 
Amma hətta bu azalmadan sonra da Bakı Metropoliteni paytaxtın ən kütləvi nəqliyyat sistemidir.
 

Google+ WhatsApp ok.ru