Metroda sərnişin sıxlığı yaranıb 14 May 2019 10:47 Ölkə Son iki gün ərzində “Bakı Metropoliteni”nin stansiyalarında və qatarlarda sərnişin sıxlığı pik həddə çatıb. Eyni zamanda, bu gün stansiyalardakı qatarın istiqamətini göstərən elektron lövhələr də işləmir. Nəticədə sərnişinlər qatara minib-minməməkdə tərəddüd edirlər. “Bakı Metropoliteni”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib: “Son iki gündür özüm də metroda sərnişin sıxlığını müşahidə edirəm. Bunun da adətən iki səbəbi olur: ya sərnişin çoxdur, ya da qatarlararası interval çoxdur. Maraqlıdır ki, bu günlərdə ölkə əhəmiyyətli tədbirlər də yoxdur ki, avtobusların hərəkət istiqamətinin dəyişməsi səbəbindən baş verdiyini düşünək. Adi iş günlərdə orta hesabla 600 mindən çox sərniş metrodan istifadə edir. Dünən və bu gün gözlə görünən say həmişəkindən çox olduğunu deməyə əsas verir. Xüsusilə “28 May”, “Koroğlu”, “Neftçilər” stansiyalarında sıxlıq daha çoxdur”. B.Məmmədov qeyd edib ki, elektron lövhələrin işləməməsi texniki səbəbdəndir və yaxın saatlarda bərpa olunacaq. Teqlər : #Metroda,#sərnişin,#sıxlığı,#yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakının işıqlandırılmayan küçələri... - VİDEO İzahları ala bilərsiniz - Abituriyentlərin nəzərinə