Metroda yenilik - intiharların qarşısını almaq üçün

Bakı metrosunun yeni tikiləcək stansiyalarında sərnişinlərin təhlükəsizliyi və intihar hallarının qarşını almaq üçün platformlarayaxın yerdə sədlərin tikilməsi istisna olunmur.
 
Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, sözügedən məsələ bəsit görünsə də sadə proses deyil: “Sərnişinlərin təhlükəsizliyi məsələsi mürəkkəb məsələ olduğundan yalnız stansiyaların layihələndirməsi zamanı nəzərə alına bilər. Bizdə də indiyə qədər belə bir layihə olmayıb. Amma gələcəkdə təbii ki, ola bilər. Yəqin ki, bununla bağlı müvafiq qərarlar verilə bilər”.
 
Ekspert Azər Allahverənovun isə sərnişinlərin təhlüksəziliyi ilə bağlı öz düşüncələri var. Onun fikirincə, xarici ölkələrin metro stansiyalarındakı səddlər də çox ciddi effekt vermir. O, bunu belə əsaslandırır: “Sədlər nəqədər hündür olsa belə intihar etmək istəyən şəxs öz istəyini həyata keçirə bilər. Ona görə də elə bir mexanizm düşünmək lazımdır ki, həqiqətən də insanların təhlükəsizliyinə xidmət etsin. Məsələn düşünürəm ki, ilk növbədə sürət həddüini müyyənləşdirmək və azaltmaq lazımdır. Çünki qatarlar stansiyaya sürətlə daxil olur. Bu elementi diqqətdə saxlmaq və elə etmək lazımdır ki, maşinist kiminsə relsə düşdüyünü gördüyü halda əyləci basıb qatarı saxlamaq imkanına malik olsun”.
 
Qeyd edək ki, sentyabrın 5-də metronun “28 May” stansiyasında 18-20 yaşlarında bir oğlan özünü qatar reyslərinin üstünə ataraq intihar etmişdi. Bu hadisədən sonra metroda sərnişinlərin təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib.
 

Google+ WhatsApp ok.ru