Metronun ətrafındakı dayanacaqlar yığışdırılır

Gələn il Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar paytaxtda nəqliyyatın sıxlığının aradan qaldırılması üçün bir sıra tədbirlər həyata keçiriləcək.

Maide.az apa-ya istinadən məlumatına görə, bunu Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib.

Ə. Cəfərov qeyd edib ki, Olimpiya stadionuna gedən avtomobil yolunda marşrutların maneəsiz hərəkətinin təşkili məqsədilə müəyyən variantlar üzərində iş gedir. Belə ki, nəqliyyatın hərəkətinin asanlaşdırılması üçün Nizami rayonu Koroğlu metro stansiyası ərazisində yerləşən avtobus dayanacaqlarının Bakıxanov qəsəbəsi, Qara Qarayev metro stansiyası ətrafına köçürülməsi ehtimal edilən versiyalardan biridir.

Onun sözlərinə görə, hazırda müxtəlif sahələr üzrə Bakı şəhər İcra Hakimiyyətinin rəhbərlik etdiyi komissiyalar çalışırlar. /

 

Google+ WhatsApp ok.ru