Metronun “Xətai” stansiyası təmirə bağlanır 28 Dekabr 2017 02:00 Ölkə -- Xətai` stansiyası 2018-ci ildə təmirə bağlanacaq. "Bakı Metropoliteni" QSC-nin "Xətai" stansiyası 2018-ci ildə təmirə bağlanacaq. Maide.Az bildirir ki, bu barədə “Report”a açıqlamasında metropolitenin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. O xatırladıb ki, "Xətai" stansiyası 1968-ci ildə istifadəyə verilib: "Stansiyada olan ekskalatorlar da 1968-ci ildə quraşdırılıb. Yəni, gələn il həmin eskalatoralr 50 illik istismar müddətini başa vurur. Biz də planlaşdırırıq ki, 2018-ci ildə "Xətai" stansiyasını təmirə bağlayaq". N.Paşayev bildirib ki, hazırda "Sahil" satansyasında təmir işləri davam etdirilir: "Böyük ehtimalla "Sahil" stansiyası yayda istifadəyə verildikdən sonra "Xətai" stansiyasını təmirə saxlaya bilərik". Teqlər : #Metronun Xətai stansiyası təmirə bağlanır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb `Sovetski`dən növbəti köçürülmə prosesinə başlanır