Metropoliten rəhbəri artıq `28 May`da oturacaq 30 İyul 2014 01:00 Xəbərlər Bakı Metropoliteni yeni inzibati binaya köçüb. Bu barədə Lent.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, indiyədək Metropolitenin inzibati binası metronun “Elmlər Akademiyası” stansiyasında yerləşirdi. Bu gündən isə Metropoliten rəhbərliyi “28 may” metrostansiyasının ikinci çıxışının üstündə tikilən yeni binaya, Mikayıl Rəfili 20 ünvanına köçüb: “Bura texnoloji korpus adlanır. Əvvəllər Metropolitenin ayrı-ayrı xidmətləri müxtəlif binalarda yerləşirdi. İndi isə bir neçə xidmət, o cümlədən dispetçer məntəqəsi, rabitə və işarəvermə idarəsi bu binada yerləşir”. Teqlər : #Metropoliten rəhbəri artıq `28 May`da oturacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın bəzi yerlərində temperatur 38 dərəcəyə çatacaq İqtidar Leyla Yunusu niyə həbs etdi ?! - xronika və şok məlumatlar