Metro stansiyası gediş-gəlişə bağlanır

Metro stansiyası gediş-gəlişə bağlanır

Bu gündən etibarən metronun "20 Yanvar"  stansiyasın birinci vestibülü bağlanır.  Eskalatorların dəyişdirilməsi ilə əlaqədar sərnişinlərin gediş-gəlişinə icazə verilməyəcək.
 
ANS PRESS-in məlumatına görə, stansiyanın birinci vestibülü müvəqqəti bağlı olacaq. 3 ədəd eskalatorun istismar müddətini başa vurduğu üçün dəyişilməsinə ehtiyac yaranıb. Bunu nəzərə alaraq Metropoliten Qapalı Səhmdar Cəmiyyəti eskalatorların dəyişdirilməsinə qərar verib.
 
Təmir işləri aparılan zaman sərnişinlərin gediş-gəlişinə qadağa qoyulacaq. Birinci vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Sakinlər, keçiddən istifadə etməklə Zərdabi küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər. İkinci vestibül isə AzərSu, Moskva pospekti tərəfə çıxan hissəsi sərnişinlər üçün açıq olacaq.
 
Metronun Elmlər Akademiyası stansiyasının girişində aparılan təmir işləri isə hələ də davam etdirilir.
Elmlər Akademiyasının girişinin noyabr ayında açılacağı bildirilir.

Google+ WhatsApp ok.ru