Müflis olan Bank Standart-ın əmanətçilərinin növbəti aksiyası

Müflis olan Bank Standart-ın əmanətçilərinin növbəti aksiyası

Müflis olan Bank Standart-ın əmanətçiləri çərşənbə axşamı Mərkəzi Bankın (AMB) binası qarşısında əmanətlərinin qaytarılması tələbi ilə növbəti etiraz aksiyalarını keçiriblər.
 
İnsanlar bankın vəsaitinin böyük hissəsinin 153 müştəriyə girovsuz kredit şəklində verilməsindən qəzəbləniblər. Bu 153 müştəri bankdakı bütün vəsaitlərin 80,3%-ni əldə edib. Lakin bank rəhbərliyindən və ya iri kreditalanlardan heç biri məsuliyyətə cəlb edilməyib.
 
Qeyd edək ki, bank müflis olduqdan sonra yalnız 10 min dollara qədər olan əmanətlər qaytarılıb.
 
Hər çərşənbə axşamı keçirilən əvvəlki aksiyalarda da olduğu kimi, AMB-dən heç kim əmanətçilərlə görüşə çıxmayıb. Aksiya insidentsiz başa çatıb.
 
Əmanətçilər Komitəsinin sədri Şahin Əhmədov bu ilin yanvarında Turan agentliyinə bildirib ki, 10 mindən çox Azərbaycan vətəndaşı Bank Standart-dan pulunu ala bilməyib. Onlar arasında 30 min dollara qədər əmanəti olan 400 nəfər var.
 
Bank Standart – Azərbaycanın ən böyük maliyyə müəssisələrindən biri 2016-cı ilin oktyabrında müflis elan edilib. -030D-

Google+ WhatsApp ok.ru