Milli Şura seçki qərarı verdi: `Getmirik...`

Bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin növbəti toplantısı keçirilib.
 
Koordinasiya Mərkəzinin üzvü Oktay Gülayıyev APA-ya açıqlamasında bildirib ki, toplantıda Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb. 
 
Onun sözlərinə görə, Milli Şura seçkilərdə iştirak etməmək barədə qərar qəbul edib.
 
Virtualaz.org saytı xatırladır ki, Milli Şura bu il noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı hələ avqustun 19-da hesabat yayaraq "ölkədə seçkiqabağı mühitin olmadığını, mövcud siyasi şərait və seçki prosesini tənzimləyən hüquqi normaların rəqabət şəraitində, azad və ədalətli seçkilərin keçirilməsinə imkan vermədiyini" göstərmiş və bu vəziyyəti dəyişmək üçün hakimiyyət qarşısında tələblər irəli sürmüşdü. Bu tələblər yerinə yetirilməyəcəyi təqdirdə isə seçkilərdə iştirakdan imtina edəcəyini bildirmişdi./
 

Google+ WhatsApp ok.ru