Mingəçevirdə ara yenidən qarışdı

Bu gün Mingəçevir şəhər İcra Hakimiyyətinin qarşısında  100-dək  məcburi köçkün növbəti etiraz aksiyası keçirib. Əsasən Kəlbəcərdən və Ağdamdan olan məcburi köçkünlər ev tələbi ilə keçirdiyi aksiya polisin nəzarəti altında baş tutub.
 
Onlar internat məktəbində, məktəbin yataqxanasında, tərəvəzçilik sovxozundakı qəzalı binada yaşadıqlarına etiraz ediblər.
Şikayətçilər icra başçısı tərəfindən qəbul olunmayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin yerli nümayəndəsi etirazçıların qarşısına çıxaraq bildirib ki, onlar Qurban bayramından sonra qəbul olunacaq.
 
Onu da bildirək ki, aksiya zamanı bəzi etirazçıların halı pisləşib. Əraziyə gələn təcili tibbi yardım briqadası bu şəxslərə tibbi xidmət göstərib. 
 
Avropa Oyunlarında idmançıların və qonaqların yerləşdirilməsi məqsədilə 9 mərtəbli 11 bina tikilib. Binaların oyunlardan sonra məcburi köçkünlərə veriləcəyi bəyan edilib. Amma vədə əməl edilməyib. 

Google+ WhatsApp ok.ru