Mingəçevirdə polis Qarabağ əlilinin evini mühasirəyə alıb

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub

Mingəçevirdəki özəl mənbədən maraqlı məlumat daxil olub. Məlumatda qeyd edilir ki, məcburi köçkünlər üçün inşa edilən binada Qarabağ əlilinə mənzil verilib ki, bu da vətəndaşlar tərəfdən ciddi etiraza səbəb olub:
 
"Mingəçevirdə qaçqın və məcburi köçkünlər üçün inşa edilən mənzillərin pulla satılması, ədalət prinsipinin pozulması ilə bağlı iddialar məcburi köçkünlərin etirazına səbəb olub. Məcburi köçkünləri qəzəbləndirən digər bir amil mənzillərdən birinin məcburi köçkün statusu olmayan Qarabağ əlilinə verilməsidir. Məcburi köçkünlər üçün nəzərdə tutulan binada Qarabağ əlilinə ev verilməsindən xəbər tutan vətəndaşlar həmin mənzilə hücum edərək, onu evi tərk etməyə çağırıb. Vəziyyətin kritiliyini görən Qarabağ əlili isə eyvana çıxaraq mənzili əlindən alınacağı təqdirdə özünü yandıracağını bildirib. Hazırda ev polis və FHN əməkdaşları tərəfindən tam mühasirədədir. Yetkililər gərginliyi azaltmağa, Qarabağ əlilini intihar niyyətindən çəkindirməyə çalışır". (moderator.az)

Google+ WhatsApp ok.ru