Mirvari Qəhrəmanlı: “İnsan haqları sahəsində ötən illə müqayisədə ciddi geriləmə müşahidə olunub”

Dekabrın 10-u Beynəlxalq İnsan Haqları günüdür. 1950-ci ildən başlayaraq 10 dekabr insan hüquqları günü kimi qeyd edilir. Avropada insan hüqülarının və azadlığın qorunması üçün Avropa Konvensiyası mövcuddur. Avropada real işləmə mexanizminə malik insan haqlarını qoruyan Avropa məhkəməsi fəaliyyət göstərir.
Ölkədə də son illər ən çox müzakirə olunan məsələ insan haqları ilə bağlıdır. Qərbin bir çox nüfuzlu təşkilatları Azərbaycanı bu mövzu ilə bağlı öhdəliklərinə əməl etməməkdə günahlandırırlar.
Azərbaycanda siyasi amnistiya elan olunmasını arzulayan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, təəssüfki ölkədə 2014-cü ildə müsbət bir tendensiya müşahidə olunmadı: "Bugünkü gün münasibəti ilə bütün həmkarlarımı təbrik edirəm. Əgər bu ili ötən il ilə müqayisə etsək vəziyyətin yaxşılığa doğru dəyişmədiyinin şahidi olarıq. Qanunvericiliklərdə dəyişikliklər, vətəndaş cəmiyyətinə hücumlar oldu. Jurnalistlərdən və QHT fəallarından həbs olunanlar oldu. 2014-cü ildə müsbət bir tendensiya müşahidə olunmadı. Bu il siyasi məhbusların siyahısına ciddi əlavələr oldu. Arzu edərdim ki, hökumət insafa gəlsin və gələn il bu günü siyasi məhbuslarsız qeyd edək. İstəyərdim ki, əfvlə bərabər siyasi amnistiya da elan olunsun. Azərbaycan siyasi məhbus anlayışından azad olaraq, demokratik bir ölkəyə çevrilsin”./

Google+ WhatsApp ok.ru