Mirvari Qəhrəmanlı: “Venesiya Komissiyasının da bu tövsiyəsi kağız üzərində qalan tövsiyələrdən biri olacaq”

Avropa Şurası Venesiya Komissiyasının (VK) dekabrın 12-də keçirilmiş plenar sessiyasında Azərbaycanın “QHT-lər haqqında” qanuna rəy qəbul edilib.

VK Azərbaycana tövsiyə edib ki, QHT-lərin qeydiyyatı və beynəlxalq QHT-lərin nümayəndəlikləri ilə bağlı məqamlara yenidən baxılsın, onların fəaliyyəti üçün nisbətən uyğun şərait yaradılsın. VK ekspertləri, həmçinin, QHT-lərin xarici fondlardan maliyyələşməsi ilə bağlı məhdudiyyətlərə yenidən baxılmasını tövsiyə ediblər.

Venesiya Komissiyasının tövsiyələrinin nəticəsinə bədbin baxan hüquq Neftçilərin Hüquqularının müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Deyerler.org-a fikirlərini bölüşərkən deyib ki, 5-6 aya yaxındır ki, bəzi QHT-lər fəaliyyətini dayandırıb: “Avropa Şurası  Venesiya Komissiyasının bu tövsiyələri  çox ədalətli  tövsiyələrdir. Artıq 5-6 aya yaxındır ki, bəzi QHT-lər fəaliyyətlərini dayandırıb. QHT-lərlə bağlı qanunlar verilib. Amma hökumət özü də bilmir ki, bu qanunların icra mexanizmləri necə olmalıdır. Bu baxımdan QHT-lərin bəzi layihələri qeydiyyata alınmır. Azərbaycana bu müddət ərzində müxtəlif istiqamətli tövsiyələr olunub. Onların heç birinin icrası ilə bağlı hər hansısa bir proses müşahidə olunmayıb. Düşünürəm ki, Venesiya Komissiyasının da bu tövsiyəsi növbəti kağız üzərində qalan tövsiyələrdən biri olacaq. Artıq hökumət QHT-lər haqqında qanun qəbul edib və bu cür tövsiyələrlə orda dəyişiklik edəcəyi  inandırıcı görünmür”.deyerler /

Google+ WhatsApp ok.ru