Mirvari Qəhrəmanlı: “Neftçilərin tapılmaması heç bir təzminatla әvәz edilә bilməz”

Mirvari Qəhrəmanlı: “Neftçilərin tapılmaması heç bir təzminatla әvәz edilә bilməz”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il dekabrın 15-də N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində dünyasını dəyişmiş və itkin düşmüş şəxslərin ailələrinə maddi yardım göstərilməsi ilə bağlı məlumat yayıb. Ümumilikdə 10 neftçi ailəsinə maddi yardım göstərilib.
 
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, neftçilərin ailələrinə ediləcək yardımlarla bağlı yaşanan problem tam həllini tapmayıb: “Əslində dekabr ayında baş verən faciədə həyatını tirimiş və itkin düşmüş neftçilərin ailələrinə müəyyən yardımlar edilib. Bu günlərdə də açıqlanan hәmin yardımları bu qəbildən qəbul etmək lazımdır. Biz də dəfələrlə təklif etmişdik ki, neftçilərin cəsədləri tapılana və ya onlar ölmüş hesab edilənə qədər, onların ailələrinə ilkin yardımlar edilməlidir. Təbii ki, bu gün neftçilərin ailələrinə ediləcək yardımlarla bağlı yaşanan problem tam həllini tapmayıb. Bu yardımlar ayılıq ödənişi heç cür əvəz edə bilməyəcək. Düzdür faciədə itkin düşmüş neftçilərin ailələrinə 5 min manatlıq kart verilib ki, yarana biləcək zəruri ehtiyacları ödəyə bilsinlər. Biz ailələrə ödəniləcək təzminatların ünvanlarına çatması üçün ciddi şəkildə nəzarət edirik. Bu gün ailələr üçün ən əsas məsələ itkin düşmüş neftçilərin tapılıb onlara təhvil verilməsidir. İtkin düşmüş şəxslərin tapılmaması ailələrə veriləcək heç bir təzminatla әvәz edilә bilməz. Amma neftçilərin meyitləri tapılandan və ya onlar ölmüş hesab edildikdən sonra onların ailələrinə əlavə müavinətlər ödəniləcək. Ailələrdə böyüyən az yaşlı uşaqlar varsa himayəyə götürüləcək. Bu istiqamətdə zəruri olan bütün proseslərin həyata keçirilməsinə bizim təşkilat nəzarət edəcək”.
 

Google+ WhatsApp ok.ru