Misirdə istidən ölənlərin sayı 76 nəfərə çatıb

Misirdə son bir neçə gün ərzində tempuratur 40 dərəcədən yüksəyə qalxıb və havanın rütubətli olması istinin daha çox təsir etməsinə səbəb olub. 

Maide.az xəbər verir ki, ötən həftənin şənbə günündən indiyədək Misirdə isti havalara görə 76 nəfər həlak olub. Təkcə ötən gün isti havalara görə 15 nəfər həlak olub.

Misirin Səhiyyə Nazirliyi bəyanat yayaraq elan edib ki, ötən gün həlak olan 15 nəfərin əksəriyyəti yaşlı insanlar olub. Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün günvurmaya görə 447 nəfər xəstəxanalara çatdırılıb. Onlardan 220 nəfərinin vəziyyəti yaxşılaşdıqdan sonra evə buraxılıblar.

Misir Səhiyyə Nazirliyi ölkə vətəndaşlarına xüsusi ilə yaşlı insanlar, uşaqlar və xəstələrin gün ərzində günəş şüaları ilə bir-başa təmasda olmaqdan çəkinməyə çağırıb./ 

Google+ WhatsApp ok.ru