Misir də Azərbaycanda dərman zavodu açacaq

Misir də Azərbaycanda dərman zavodu açacaq

Misir Azərbaycanda dərman və tibbi ləvazimatlar zavodu açmağı planlaşdırır.
 
Modern.az xəbər verir ki, bu barədə Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil bildirib.
 
Onun sözlərinə görə, əsas məqsəd hepatit C virusundan əziyyət çəkənlər üçün dərman preparatların istehsalıdır:
 
“Azərbaycanın Səhiyyə Nazirliyinin nümayəndələri Misirdə səfərdə olublar. Onlar Misirdə istehsal edilən dərmanların keyfiyyətləri ilə tanış olublar. Bu səfər Misirin ən böyük dərman istehsalçılarından biri olan “ADMA”-nın dəvəti əsasında baş tutub”,-deyə o bildirib.
 
Səfir deyib ki, səfər çərçivəsində bir neçə tibbi ləvazimatın Azərbaycana gətirilməsinə dair razılıq əldə olunub.
 
“14-16 iyun tarixlərində Misirdən Bakıya nümayəndə heyəti gələcək və dərman zavodunun tikilməsi istiqamətində danışıqlar aparacaq”.
 
Qeyd edək ki, bundan öncə İranın  Sumqayıtda dərman zavodu açacağı barədə məlumat verilmişdi.
 

Google+ WhatsApp ok.ru