Misirdə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

-- 3 ay

Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzadıb.
 
Maide.Az APA-a istinadən verdiyi xəbərə görə, yanvarın əvvəlində Misir prezidenti tərəfindən analoji fərman imzalanmışdı.
 
Misirdə fövqəladə vəziyyət rejimi ötən il İsgəndəriyyə və Tanta şəhərlərində baş verən iki terror aktından sonra tətbiq edilib.
 
O zaman xristian kilsələrində törədilən partlayışlar nəticəsində 40-dan çox insan həyatını itirib.
Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
 

Google+ WhatsApp ok.ru