Misirin Vəqflər Nazirliyi Qahirədəki şiə məscidini bağladı

Tasua və Aşura əzadarlıqları qadağan edildi

Misirin Vəqflər Nazirliyi yanında Qahirə şəhər Vəqflər İdarəsi bildirib ki, Qahirədəki İmam Hüseyn (ə) məscidi Tasua və Aşura günlərində bağlı olacaq.
Maide.az xəbər verir ki, Qahirə şəhər Vəqflər İdarəsi İmam Hüseyn (ə) məscidinin Tasua və Aşura günlərinə təsadüf etməsi ilə cümə və şənbə günləri bağlı olacağını bildirərək, xəbərdarlıq edib ki, bu göstərişə qarşı istənilən addım atılacağı təqdirdə müvafiq tədbirlər görüləcək.
Misirin ən görkəmli şiə liderlərindən olan Əhməd Rasem əl-Nəfis İmam Hüseyn (ə) məscidinin Aşura mərasimindən əvvəl bağlanmasını məntiqsiz və əsassız addım adlandırıb.
O bildirib ki, Şiələrin Aşura mərasimində hər-hansı qeyri-normal fəaliyyət aparmaq niyyəti yoxdur. “
Rasem əl-Nəfis Əl-Əzhər universitetini bu məsələyə biganə yanaşmasını tənqid edib və vurğulayıb ki, bu, vəhhabilik təfəkkürünün sözügedən Mərkəzə basqısı və İŞİD ideologiyasının genişlənməsini göstərir.
Qeyd edək ki, Misir Şiə Gəncləri Birliyi də ölkənin Vəqflər Nazirliyinin İmam Hüseyn (ə) məscidini bağlamaq niyyətində olmasını pisləyən bəyanat yayıb. /
 

Google+ WhatsApp ok.ru