Misirli xəttat 700 metrlik Quran yazdı -FOTO

Misirli xəttat 700 metrlik Quran yazdı -FOTO

Misirli xəttat Saad Məhəmməd 700 metrlik bir Quran yazdı.
 
Məhəmməd bunun dünyada əllə yazılan ən böyük Quran olduğunu söyləyir.
 
Məhəmməd üç ildə tamamladığı əsəri ilə Ginnesin Rekordlar kitabına girməyi ümid edir. Ancaq Məhəmməd rekord müraciəti üçün pulu olmadığını söyləyir və kömək gözləyir.
 
Xəttat Misirin paytaxtı Qahirənin şimalındakı Belkina qəsəbəsində yaşayır. İslami motivlərlə bəzədiyi Quranı yazmaq üçün kimsədən pul yardımı almadığını söyləyir. Taxta bir qurğuya yerləşdirilən Quranın yazıldığı halqa kağızın uzunluğu 700 metrdir. (azadliq.info)
 
 

Google+ WhatsApp ok.ru