Mobil sahədə 5 ən qəribə cihaz - SİYAHI

“Computex 2016” sərgisində – təkcə tanınmış nəhəng brendlərin deyil, qəribə cihazları ilə seçilən kiçik şirkətlərin stendlərinə də rast gəlmək olar. Fins.az Rusiya mətbuatına istinadən sərginin 5 ən qəribə cihazını sizə təqdim edir.

İsitmə və soyutma sistemli «boyunluq»

Tayvanda iyun ayı olduqca isti keçir: temperatur 40 dərəcəyə yüksəlir. Məntiqlidir ki, sahibinin boynunu sərinlədən daşınan qədcet ixtira etmək məhz buradakı ustaların ağlına gəlib.

Bu boyunluğu akkumulyatora qoşmaq lazımdır.  Məsələn, 10 000 mAh-lıq “Xiaomi” adaptorla bu cihaz 4 saata qədər işləyir. Cihazı gözləmə müddətində işlətdikdə, minimal temperatur +15 dərəcə olacaq. Bundan başqa, isitmə sistemini də qoşmaq olar. Burada temperatur +25-dən +35 dərəcə selsiyədək yüksəlir. 

Smartfonlar üçün «360 dərəcə»li kamera

Sərginin növbəti təəccübləndirən cihazı 360 dərəcə görünüş bucaqlı kiçik kameradır. Kamera sərbəst deyil, smartfonla əlaqəli şəkildə çalışır: kameranı microUSB çıxışa qoşmaq kifayətdir. Yeri gəlmişkən, burada kiçik çatışmayan detal var: belə ki, gələn ildən etibarən hər kəs USB Type-C çıxışdan istifadə edəcək.

Kiçik ölçülərinə baxmayaraq, bu kamera “Full HD” formatda video çəkir. İstehsalçılar əsas diqqəti “LG 360”la “Samsung Gear 360”ın analoji kameralarıyla müqayisədə bir neçə dəfə kiçik olmasına verir. 

Doğrana bilən akkumulyator

Əgər adi litium-ionlu akkumulyatoru deşməyə çalışsanız, bu, yanıq travmaları ilə nəticələnə bilər. Lakin tayvanlı istehsalçılar bu problemə də çarə tapıb. Onlar sərgiyə elə bir batareya gətiriblər ki, onun başına hər cür oyun açmaq mümkündür. Bununla yanaşı, o, hələ də işləməyə davam edəcək.

Batareyanı “iPhone 6S Plus” kimi əymək istəyirsiniz? Buyurun! Hətta suya yerləşdirib, ondan bpyük bir hissə də kəsmək olar.

Əlbəttə ki, bütün bunlar əyləncə məqsədilə deyil, növbəti məqsədlər üçün hazırlanıb: belə akkumulyatorlar – ağıllı geyimlərdəki sensorlar üçün ideal qidalanma elementidir. Artıq bu gün tayvanlılar 1500 mAh tutumlu kəmər və hər biri 500 mAh tutumlu ayaqqabı içliyi hazırlaya biliblər. 

“iPhone” sahibləri üçün ehtiyat telefon

Tayvanlı istehsalçıların “iPhone” smartfonlarındakı enerjinin tez boşalması probleminə maraqlı yanaşması var. Xarici akkumulyatorlar əvəzinə onlar içərisinə kiçik zəngli-telefonun yerləşdirildiyi xüsusi cibli telefon təqdim edirlər.

Xüsusiyyətləri də çox sadədir: yalnız zəng və SMS-lər. Lakin əvəzində qədcet danışıq rejimində 3 günə qədər işləyə bilir. Əlbəttə ki, ehtiyat telefon müəyyən vaxtlarda köməyə gələ bilər, lakin belə həllin hansısa “iPhone” sahibinin (xüsusilə biznes-istifadəçinin) zövqünə oxşayacağına şübhə edirik. 

Smartfonlar üçün stereokamera

Daha bir kameralı kompakt modul sizin smartfonunuzu stereokameraya çevirəcək. Balaca cihazı USB-yə qoşuruq və xüsusi tətbiq vasitəsilə 3D-video çəkirik.

Daha sonra smartfonu “Google Cardboard”a və ya başqa virtual reallıqlı eynəklərə qoşmaq təklif olunur.

Google+ WhatsApp ok.ru