'Monarxiyaya yox!'. Milli Şuranın ikinci mitinqi - YENİLƏNİB

'Monarxiyaya yox!'. Milli Şuranın ikinci mitinqi - YENİLƏNİB

«Biz sentyabrın 26-da keçiriləcək referenduma bu gündən «yox» deyirik. Öz hakimiyyətinin uzatmaq haqda düşünənlər niyə Qarabağın azad olunması haqda düşünmürlər? Niyə 7 kvadrat torpaq azad edə bilməyənlər hakimiyyətlərini 7 il uzatmaq istəyirlər?».
 
Bunu sentyabrın 17-də keçirilən mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli deyib.
 
 
Bundan sonra mitinq qurtarıb.
 
***
Mitinq ərəfəsində saxlanan AXCP üzvlərinin hamısı buraxılıb. Xəbəri təşkilatçılar bugünkü mitinqdə səsləndirib.
 
***
 
«11 sentyabr mitinqi bu hakimiyyəti qorxuya salıb. Mitinqə gələn insanların yolları kəsilib. Saatlıda, Sabirabadda, Sumqayıtda mitinqə gələnlərin qarşısı alının. Ağsuda onlarla insanlar geri qaytarılıb. Digər rayonlarda da vəziyyət belədir».
 
Bunu mitinqdə AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.
 
 
****
Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı növbəti etiraz mitinqi keçirilir.
 
Mitinqin əsas şüarı «Monarxiyaya yox! Talana son!»dur.
 
AXCP sədri Əli Kərimli mitinqdəki çıxışında deyib ki, mitinq ərəfəsində mitinqin əsas təşkilatçılarından olan AXCP-nin 51 funksionerini həbs eləyiblər.
 
Dünənə qədər deyirdilər müxalifət yoxdur. Bu gün qorxularından Bakıya gələn bütün yolları bağlayıbllar. 

 
Mitinqdə «Yox, yox!», «İstefa!», «Azadlıq!», «Allahu Əkbər!», «Ya Hüseyn!» şüarları səslənib. (azadliq.org)/

 

 

 

 

Google+ WhatsApp ok.ru