Moskvada açılan Ramazan çadırını 50 min nəfərin ziyarət edəcəyi gözlənilir

Rusiya müsəlmanları ruhani idarəsinin təşkilati dəstəyi ilə Moskva şəhərində mübarək Ramazan ayının gəlişi  münasibəti ilə Ramazan Çadırı dini – mədəni tədbiri açılışı olub. 
Maide.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada şəhərin mərkəzi məscidinin qarşısında bu ayla əldaqədar olaraq, hər gün təxminən 600 nəfərin iftarını verməsi üçün nəzərdə tutulmuş çadır qurulub.
Artıq 10 ildir ki, bu çadır İslam dini, müsəlman mədəniyyəti və ilahi ain təbliğatçısı kimi qapılarını ziyarətçilərin üzünə açıb. 
Ramazan Çadırı Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva Şəhər Meriyasının təşkilatçılığı ilə qurulub. Çadırda hər gün iftar süfrələri, sərgilər, Quran müsabiqələri, dini -elmi məclislər təşkil olunacaq. Bundan başqa Moskvada fəaliyyət göstərən müsəlman ölkələrin diplomatik korpus və səfirlikləri öz ölkələrinin mədəniyyət, incəsənət və mətbəxlərini nümayiş etdirmək üçün çadırda sərgilər təşkil edəcəklər. 
Bu il çadırı 50 minə yaxın insanın ziyarət edəcəyi  gözlənilir. /
 

Google+ WhatsApp ok.ru