Moskvada evsizlərin 6 faizi azərbaycanlılardır

Rusiyanın paytaxtı Moskvada təqribən 10-12 min evsiz yaşayır. Onların 6 faizini azərbaycanlılar təşkil edir.
Maide.Az "Report"a istinadən bildirir ki, bu barədə Moskva Dövlət Duması yanında siyasi partiyaların ictimai məsləhət Şurasının iclası zamanı paytaxtda insan haqları üzrə müvəkkil Tatyana Potyayeva məlumat verib.
Onun sözlərinə görə, paytaxt evsizlərinin 4 faizi Moskvanın keçmiş sakinləri, 9 faizi isə Moskva vilayətinin sakinləridirlər.
"Onların daha 59 faizi Rusiyanın digər regionlarından gəliblər. Yerdə qalan 18 faizi xarici vətəndaşlar təşkil edir ki, onların da əksəriyyəti Ukrayna (38 faiz), Belarus (30 faiz), Özbəkistan (7 faiz), Azərbaycan (6 faiz), Tacikistan vətəndaşları (5 faiz) təşkil edir", - deyə o bildirib.
 

Google+ WhatsApp ok.ru