Moskvadan Azərbaycana iki təyyarə reysi təxirə salınıb

Rusiyanın paytaxtı Moskvadan Qəbələ və Gəncə şəhərlərinə bu günə nəzərdə tutulan iki təyyarə reysi təxirə salınıb.
"Report" "Domodedovo" hava limanının elektron tablosuna istinadən xəbər verir ki, "Ural Airlines" aviaşirkəti tərəfindən həyata keçirilməli olan "U6 2433" saylı Moskva-Qəbələ reysi səhər saat 10:10-da havaya qalxmalı və günorta 14:45 radələrində Qəbələdə eniş etməli idi.
Digər "U6 2411" saylı Moskva-Gəncə reysini də sözügedən şirkət həyata keçirməli idi. Saat 10:10-da Moskvadan uçmalı olan şirkətə məxsus "Airbus A321" təyyarəsi 13:40-da Gəncə şəhər hava limanında olmalı idi.
Bu gün Rusiyanın müxtəlif şəhərlərində qatı duman müşahidə olunduğundan onlarla təyyarə reysi təxirə salınıb.

Google+ WhatsApp ok.ru