Moskvadan Gəncəyə uçan təyyarə məcburi eniş edib

Rusiyanın Mineralnıe Vodı şəhərində məcburi eniş edən təyyarənin sərnişinləri yaxın 1,5 saat ərzində Gəncəyə yola salınacaq.
 
Bu barədə APA-ya “Ural” Hava Yollarının Gəncə üzrə nümayəndəsi Akif Ələkbərov deyib.
 
Onun sözlərinə görə Moskvadan Gəncəyə uçan “Ural” Hava Yollarına məxsus təyyarə naviqasiya sistemində yaranan nasazlıq ucbatından Rusiyanın Mineralnıe Vodı şəhərində məcburi eniş edib: “Aldığımız məlumata görə artıq təyyarədə yaranan nasazlığı aradan qaldırmaq üçün Moskvadan Mineralnıe Vodı şəhərinə mütəxəssislər gəlir. Yaxın saatlarda nasazlıq aradan qaldırılacaq. Buna baxmayaraq sərnişinlər 1-1,5 saat ərzində başqa bir təyyarə ilə Gəncəyə yola salınacaq”.
 
Qeyd edək ki, Moskvadan Gəncəyə uçan “Ural” Hava Yollarına məxsus təyyarə bu gün texniki nasazlıq ucbatından Rusiyanın Mineralnıe Vodı şəhərində məcburi eniş edib.

Google+ WhatsApp ok.ru