Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının iclası başlayıb 05 Dekabr 2017 02:00 Ölkə -- İclas Qazaxıstanda keçiriləcək V Xəzər sammitinə hazırlıq məsələsi geniş müzakirə olunacaq. Rusiya paytaxtı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin yeddinci iclası başlayıb. “Report”un Rusiya bürosu xəbər verir ki, toplantıda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan XİN başçıları iştirak edirlər. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. Beş ölkənin XİN rəhbərləri görüşdə ən aktual regional və beynəlxalq problemlər barədə fikir mübadiləsi aparacaqlar. İclasda Qazaxıstanda keçiriləcək V Xəzər sammitinə hazırlıq məsələsi geniş müzakirə olunacaq. Teqlər : #Moskvada Xəzəryanı ölkələrin XİN başçılarının iclası başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakının su basan ərazilərinin ADLARI açıqlandı AİP dünya müsəlmanlarını təbrik etdi