`Mozilla`nın qurucusu reklamsız brouzer hazırlayır

Keçmiş "Mozilla" brouzerinin qurucusu Brendan Eiç, reklamları avtomatik dayandıran brouzer üstündə işlədiyini açıqlayıb.
 
"Brave" Browser" adı verilən brouzerin, tamamilə reklamsız olacağı diqqət çəkir.Günümüzdə brouzerlərdəki reklamdan narahat olan istifadəçilərin sayı olduqca çoxdur. Buna görə bir çox istifadəçi brouzer rəhbərliyinə şikayət edir. 
 
Bunu nəzərə alaraq, "Mozilla"nın yaradıcısı və keçmiş rəhbəri, yeni reklamsız brouzer üstündə işləməkdədir.Chromium adlı versiyanın üstündə hazırlanan "Brave Browser"i, reklamların qaşısını alan və müasir brouzerlərdən daha sürətli işləmək gücünə malik olması ilə fərqlənəcək.
"Brave Browser" digər brouzerlərdən fərqli cəhəti  isə, bütün reklamları dayandırsa da, özünün reklamlarını istifadəçiyə  təqdim edərək, pul qazanacaqBu reklamlar isə, istifadəçinin maraq dairəsinə və zövqünə uyğun fərdi olaraq hazırlanacaq.Brouzerin iş pirinsipini açıqlayan və izah edən Brendan Eiç, üstündə işlədiyi brozerin olduqca çox istifadəçiyə malik olacağını planlaşdırır.deyerler /

Google+ WhatsApp ok.ru