'Ömür qısalır, pensiya yolu uzanır'

'Ömür qısalır, pensiya yolu uzanır'

«Novoye Vremya» qəzetində «Pensiyaya gedən uzun yol» sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda «Əmək pensiyaları haqqında» Qanuna nəzərdə tutulan dəyişiklik dəyərləndirilir. Xüsusilə də pensiya yaşının artırılacağı ilə bağlı məqamların üzərində dayanılır.
 
Müəllifə görə, orta ömür müddəti müəyyən edilmədən pensiyanı formalaşdırmaq mümkün olmaz. Ancaq Azərbaycanda bu əsas qayda unudulur.
 
Yazıda qeyd edilir ki, Azərbaycanda qadın və kişilərin pensiya almaqdan ötrü yaş həddinin 65-ə qaldırılması gözlənilir. Hazırda bu qadınlarda 60, kişilərdə 63 yaş həddindədir: «Layihəyə əsasən, 2021-ci ilə kimi kişilər, 2027-ci ilə kimi isə qadınlar üçün hər il pensiya yaşı 6 ay uzadılacaq. Beləliklə qadın və kişilər üçün pensiya yaşı 65 yaşa çatdırılacaq».
 
Müəllif vurğulayır ki, bununla da Azərbaycan vətəndaşları pensiyaya bir çox ölkələrin vətəndaşlarından da gec çıxacaqlar.
 
Müəllif hesab edir ki, bəzi vətəndaşlar bundan sonra, sadəcə, pensiya yaşına qədər yaşamayacaqlar: «Guya ölkədə orta ömür müddəti 65-70 yaşdır. Əslində isə bu rəqəm çoxdan 60 yaş həddinə enib. Ən azı kişilərin ömür müddətinin azalması dəqiqdir. Qadınlara gəlincə, tamamilə stress və həyəcan içində yaşamaqla 65 yaşa çata bilmək problemli görünür».
 
Müəllif yazır ki, neft dollarları «yağışı» dayanıb. Sosial Müdafiə Fonduna daxil olan vəsaitlərin həcmi kəskin şəkildə azalıb. Ancaq milyonlara sahib məmurların tamahları azalmayıb. (azadli.org)
 

Google+ WhatsApp ok.ru