Müsəlmanlar ekstrimizmlə mübarizədə polislə əməkdaşlıq edirlər

Kanadanın Qalifaks  şəhərinin müsəlman icmasının başçıları bəyanat yayıblar. Bəyanatda terror aktlarını, təcavüzləri pisləyib, din qardaşlarını birliyə və ayıq olmağa çağırıblar.

Maide.az-ın məlumatına ögrə, bəyanatda bildirilir: "Yeni Şotlandiyadan olan kanadalı müsəlmanların və Qalifaks şəhərində yerləşən məscidlərimizin adından, biz müsəlman icmalasının nümayəndələrinə müraciət edirik.  Onları kanadalı həmkarlarımızla çiyin-çiyinə dayanmağa  çağırırıq və onları inandırırıq ki, biz heç zaman olmadığı kimi birləşmişik, bizi ayrı-ayrı cinayətkarların əməlləri qorxuza bilməz.  Kanadalı müsəlmanları öz təhlükəsizlikləri naminə ayıq olmağa çağırırıq. "

Halifaks şəhərinin regional polisi yerli müsəlman icmasına bildirib ki, küçələrdə patrul xidmətləri onların təhlükəsizliyini təmin edir.  Müsəlman liderləri ilə görüş zamanı polis məmuru Şon Karveri deyib, " Bizə daim xəttə olmaq vacibdir, əgər kimsə ona qarşı qanunsuz davranmasından şübhələnərsə dərhal polisə müraciət edə bilər".

Polis rəisi Jan Mişel Blez isə əlavə edib, " Mən yaxın 2-5 il ərzində bizim sıralarımızda müsəlman polis əməkdaşını görmək istəyərdim. Həmçin biz istəyərdik ki, sıralarımızda müsəlman imam (başçı) da olsun". //

 

Google+ WhatsApp ok.ru