Müsəlman gənclərin hüquqları Daşkənddə üzakirə edilir

Müsəlman gənclərin hüquqları Daşkənddə üzakirə edilir

Daşkənddə İslam Əməkdaşlığı Təşkilatının beynəlxalq seminarı keçirilib.
 
Maide.Az xəbər verir ki. Özbəkistan müsəlman idarəsinin mətbuat xidməti bildirir ki,  seminardakı çıxışlarda müsəlman ölkələrindəki gənclərin hüquqları əsas müzakirə mövzusu olub. 
 
Seminarda “Gənclərin hüqularınin müdafiəsinin genişləndirilməsi,  sülhsever demokratik cəmiyyət quruculuğunda dözümlü inkişafın vacibliyi” başlığı altında beynəlxalq ekspertlər, İƏT daxil olan ölkələrindən olan müşahidəçilər, milli hüquq müdafiə orqanları iştirak edirlər.
 
Tədbirin yekununda  gənclərin öz ölkələrinin inkişafı yönündə fəal iştirak etməyə çağıran sənəd qəbul olunması gözlənilir. 
 
Bu sənəd İƏT Xarici İşlər Nazirliyi şurasının  növbəti sesiyasına təqdim olunacaq.

Google+ WhatsApp ok.ru