Müsəlman alim kağız istehsalının unikal yolunu tapıb 06 Fevral 2020 14:57 Maraq dünyası Türkiyənin Kahramanmaraş Universitetinin müəllim və tələbələri yüksək keyfiyyətli kağız istehsalının yeni bir üsulunu hazırlayıblar. Maide.Az xarici KIV-ə istinadla xəbər verir ki, bunun üçün ilkin material olaraq yumurta qabıqlarından istifadə ediləcək. Türkiyədə hər il 100 tondan çox yumurta qabıqları tullantıya çevrilir. Bu üsul vacib ekoloji problemlərin həllinə kömək edəcəkdir. “Bir ton kağız hazırlamaq üçün 17 ağacı kəsməliyik. Orta ailə ildə 52 qutu yumurta qabığı istehsal edir. Bu, 60-70 yaşlı bir ağacın kəsilməsinin qarşısını alır. Bir ağac 72 insanın oksigen ehtiyacını təmin edir" deyə kağız istehsalının yeni bir üsulunun hazırlanmasında iştirak edən professor Əhməd Tutuş bildirib. Professor Tutuş ölkədə keyfiyyətli kağıza tələbatın ildən-ilə artdığını söyləyib. Qıtlığı üzündən Türkiyə onu xaricdən almaq məcburiyyətində qalır. Bu da onu kağız istehsalı üçün yeni mənbələr axtarmağa vadar edib. Teqlər : #Müsəlman,#alim,#kağız,#istehsalının,#unikal,#yolunu,#tapıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çoxuşaqlı ana blogger İngiltərənin ən ruhlandırıcı müsəlman qadını olaraq tanınıb Yenilənmə Windows istifadəçilərini internetsiz qoydu