Müsəlman futbolçu minlərlə məktəbliyə pulsuz yemək paylayacaq

Müsəlman futbolçu minlərlə məktəbliyə pulsuz yemək paylayacaq

Məşhur müsəlman futbolçu Məsut Özil Londonun şimalındakı məktəblərə gündəlik 1400 tələbəyə yemək paylanmasına təşkilatçşılıq edəcək. Özil pandemiyanın əvvəlində alman aşpaz Stefan Pappert ilə birləşərək, yoxsulluqda yaşayan ailələrə, sığınacaqlarda olan evsiz insanlara, qaçqınlara dəstək olan xeyriyyə təşkilatları ilə birgə xeyriyəçi işlərdə iştirak edir.
 
Bu həftə göstərdikləri səylər, ilk növbədə, Şimali Londonun ən kasıb məhəllələrindən olan Brent, Bernt-Ouk və Ecverdəki ailələrə minlərlə yemək təqdim etməyə yönəldi. "Semestrin ortalarında bir çox uşaq qidalanma ilə bağlı çətin vəziyyətlə qarşılaşır" deyə müsəlman futbolçu bildirib. “Heç bir uşaq ac qalmamalıdır. Bu, ən vacib şeydir və mən hər zaman kömək edəcəyəm."
 
Özil hər bir uşağa sağlam qida verilməli olduğunu əlavə edib. “Yeməyin sağlam, qidalı və doyurucu olmasına xüsusi diqqət yetirilir. Buna görə dostum Alberto Françeskinin İtaliyadan göndərdiyi ən yaxşı orqanik pastadan istifadə edirik ”deyə o bildirib. 
 
Xatırladaq ki, Oxford Mərkəzi Məscidi məktəbliləri bazar ertəsindən cümə gününə qədər yüzlərlə pulsuz yeməklə təmin etmişdir. Onlar dekabr ayında tətil müddətində də bunu planlaşdırdıqlarını açıqlamışdılar. /islam.ru/

Google+ WhatsApp ok.ru