Müsavat başqanı `Bandotdel`ə çağırılıb

Müsavat başqanı `Bandotdel`ə çağırılıb

Müsavat Partiyasının başqanı Arif Hacılı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb.
 
Bu barədə sosial şəbəkədə A.Hacılı özü məlumat verib.
 
O, oktyabrın 14-də saat 14:00-da idarəyə dəvət edildiyini bildirib.
 
Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı, Milli Şuranın üzvü Eldəniz Quliyev də oktyabrın 14-ü üçün BMCMİ-yə çağrılıb. (Report)
 

Google+ WhatsApp ok.ru