Müsavat Partiyası “Azad seçki” aksiyasına hazırlaşır

Müsavat Partiyasının Divanı bazar ertəsi növbəti iclasını keçirib.
 
Müsavat Partiyası Mərkəzi Seçki Qərargahının (MSQ) rəhbəri Gülağa Aslanlı seçki prosesi barədə məlumat verərək, seçki dairələri üzrə durumu təhlil edib.
 
Müsavat Partiyası başqanı Arif Hacılı oktyabrın 6-sı saat 14:00-da partiyanın VIII qurultayından keçən bir illik fəaliyyəti və parlament seçkiləri ilə əlaqədar mətbuat konfransı keçirəcəyi barədə məlumat verib.
 
Bundan əlavə, partiya 2015-ci il oktyabrın 25-i saat 15.00-dən 17.00-dək Yasamal rayonundakı “Məhsul” stadionunda “Azad seçki!” şüarı ilə mitinq keçirməyi qərara alıb.
 
Seçki prosesindəki durumu müzakirə etmək üçün 2015-ci il oktyabrın 10-u saat 12.00-da Divanın növbədənkənar iclasının çağırılması qərara alınıb.
 
Divan son günlər ölkənin Avrasiya İttifaqına qoşula biləcəyi ilə bağlı apardığı kampaniyanı kəskin pisləyərək, bunun Azərbaycanın Müstəqillik Aktına, Konstitusiyaya və Təhlükəsizlik Konsepsiyasına zidd olduğunu xüsusi vurğulayıb. contact  /

Google+ WhatsApp ok.ru