MSK seçkilərə qatılmış 30 partiyanın adını açıqlamır

Dekabrın 1-də Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli APA-ya açıqlamasında bildirib ki, 23 dekabr bələdiyyə seçkilərində 8 siyasi partiya namizədlərini irəli sürüb və fərdi qayda namizəd olan partiya üzvləri nəzərə alınarsa, ümumilikdə 30 siyasi partiyanın üzvləri bələdiyyə seçkilərinə qatılıb.
 
“Media forum” saytı dekabrın 1-dən bəri dəfələrlə Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədliyə müraciət edərək 23 dekabr seçkilərində namizəd olmuş 30 siyasi partiyanın siyahısını istəyib və hansı partiyanın neçə namizədinin qeydə alındığını soruşub. Təəssüf ki, MSK sözçüsü sualı cavablandırmayıb. MSK sədrinin müavini Natiq Məmmədovdan da bu barədə heç nə öyrənmək mümkün olmayıb./

Google+ WhatsApp ok.ru